Ananın qızına etdiyi vəhşilik ortaya çıxdı: Balaca qızının əlindən tutaraq... - VİDEO+FOTOLAR

Ananın qızına etdiyi vəhşilik ortaya çıxdı: Balaca qızının əlindən tutaraq... - VİDEO+FOTOLAR
Türkiyənin Qaziantep şəhərində boş ərazidə ölü tapılan 6 yaşlı Aya Necimin(adlar şərtidir) anası Nuhha Cemmel tərəfindən boş yerə aparıldığı anların təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Görüntülərdə qatil ananın kiçik qızını əlindən tutaraq boş sahəyə aparan anlar saniyələr içində yaşanıb.

KNN.AZ xəbər verir ki, iddiaya görə, 30 yanvar 2023-cü il tarixində Şahinbəy rayonunun Serinevler qəsəbəsində baş verən hadisədə məhəllədəki boş ərazidə yerdə hərəkətsiz uzanmış uşağı görən vətəndaşlar 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq qrupları və çox sayda polis qrupu sövq edilib.

Hadisə yerinə gələn sağlamlıq qrupları apardıqları qiymətləndirmədə hərəkətsiz yatan qızın öldüyünü təyin edib. Müayinələrdən sonra boş sahədə ölü tapılan uşağın 6 yaşlı xarici ölkə vətəndaşı Aya Necim olduğu müəyyən edilib.

Ağrılı hadisədən sonra genişmiqyaslı iş aparan Asayiş Şöbə Müdirliyi Cinayət Bürosu qrupları, ana Nuhha Cemmeli qatil şübhəlisi olaraq saxlayıb. Qəyyumluq mühakiməsi tamamlanan qətl şübhəlisinin anası Nuhha Cemmel təhvil verildiyi ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib.

Digər tərəfdən, 6 yaşlı Aya Necimin anası Nuhha Cemmel tərəfindən öldürülməyə aparıldığı anların ürək ağrıdan təhlükəsizlik görüntüləri ortaya çıxıb. Kadrlarda qatil ananın kiçik qızı Ayanın əlindən tutub boş sahəyə apardığı anlar saniyələr içində yaşanıb. Daha sonra anası Nuhha Cəmməlin görüntülər bitdikdən sonra boş yerə apardığı qızı Ayanı boğaraq hadisə yerini tərk etdiyi iddia edilib.

Şərhlər (0)

şərh əlavə et