Həşəratın dişləməsi qadının həyatını dəyişdi - FOTO

Həşəratın dişləməsi qadının həyatını dəyişdi - FOTO
Gənc qadının əlindəki kiçik sızanaq sonrakı günlərdə həyatını kabusa çevirib. Həkimlərin belə ilk baxışdan diaqnoz qoya bilmədiyi hadisənin səbəbi sonradan məlum olub.

KNN.AZ xəbər verir ki, Kristal Radd adlı 28 yaşlı gənc qadının başına gələnlər dünyada səs-küyə səbəb olub. İngilis DailyMail qəzetində çıxan xəbərə görə, Rudd martın 25-də barmağında ağrılı sızanaq görüb və onu steril iynə ilə çıxarmağa çalışıb.

Ancaq üç uşaq anası ağrının getmədiyini görüb və xəstəxanaya gedib. Burada həkimlər ilk təsbitlərində sızanaqların səbəbini ağcaqanad dişləməsi ilə əlaqələndirdilər. Bir neçə antibiotik qəbul edib evə gedən gənc qadının sızanaqları şişməyə davam edib.

Aprelin 1-də Rudd o qədər ağrıyırdı ki, yata bilmirdi və barmağının sıxıldığını və ağrıdığını bildirib.

“Ağrı dirsəklərimə qədər idi, qolumun hər tərəfində idi, zərif idi, sanki əzələni çəkmişdim. Barmağım partlayacaq kimi hiss etdim.

Rudd aprelin 2-də həyat yoldaşı ilə birlikdə xəstəxanaya qaydıb. Təcili yardım işçiləri qan götürdü və barmağının rentgenoqrafiyasını çəkdi və şişin qara dul hörümçəkdən qaynaqlandığını izah etdi. Təcili əməliyyata aparılan qadının dərisinin altındakı zəhər cərrahi müdaxilə ilə çıxarılıb.

Əməliyyatdan bir neçə gün sonra evə buraxılan Rudd hələlik əlindəki sarğı ilə yaşamağa davam edir. Həkimlər sağalma prosesindən sonra onun barmağının fizioterapiyaya ehtiyacı olacağını bildiriblər. Əməliyyatdan sonra açıqlamalar verən Rudd mövzu ilə bağlı bunları söyləyib:

“Mən heç kimin mənim keçirdiyim hadisələri yaşamasını istəmirəm. Geyinməyi, yemək bişirməyi bacarmadığım üçün övladlarıma ana ola bilmədim”.

Mümkün olmayan bir vəziyyətdə, etməli olduğunuz ilk şey infeksiyanın qarşısını almaq və heç vaxt cızmamaq üçün ərazini sabun və su ilə yaxşıca yumaqdır.

Nə qədər çox qaşısanız, bakteriyaların dərinin altına keçməsi bir o qədər asan olar.

Şişkinlik davam edərsə, hələlik yeganə çıxış yolu cərrahiyyədir. Müalicə edilməzsə, dişlənmiş nahiyədəki ət parçaları çürüyəcək və hətta əzaların itirilməsinə səbəb ola bilər.

Şərhlər (0)

şərh əlavə et