Nadir rast gəlinən göy qurşağı görənləri HEYRƏTLƏNDİRDİ – FOTOLAR

Nadir rast gəlinən göy qurşağı görənləri HEYRƏTLƏNDİRDİ – FOTOLAR
Ötən il Çində baş verən qeyri-adi təbiət hadisəsi sosial medianın gündəminə düşüb. Səmaya baxan insanlar çox nadir görülən vizual ziyafətlə qarşılaşdılar. Pileus buludlarının göy qurşağı rəngi aldıqları görülüb.

KNN.AZ xəbər verir ki, Çinin cənub-qərbindəki Siçuan əyalətindəki Luqu gölünün üzərində təbiətdə nadir rast gəlinən Pileus göy qurşağı buludları müşahidə edilib.

Göy qurşağının rənglərinə bürünən buludlar heyranlıq oyadıb. Bu təbiət hadisəsi günəş şüaları və buludlardakı buz kristal strukturları tərəfindən əmələ gəlir.

Adətən qısa ömürlü olan bu buludlar alt yığın buludların üstündə əmələ gəlir. Göy qurşağı buludları aşağı enliklərdən gələn güclü nəmli hava axınlarından əmələ gəlir.

Şərhlər (0)

şərh əlavə et