Günəş ilk dəfə bu qədər yaxından göründü - FOTOLAR

Günəş ilk dəfə bu qədər yaxından göründü - FOTOLAR
Havaydakı yeni günəş teleskopu Günəşə, günəş ləkəsinə və sözdə "səssiz zonalara" dərindən baxan bir sıra görüntülər yayımlayıb. Bizdən 149 milyon kilometr uzaqlıqda olan Günəşin görüntüləri Milli Elm Fondu tərəfindən Daniel K. Inouye Günəş Teleskopu ilə çəkilib və nəşr edilib.

KNN.AZ xəbər verir ki, Havayda yerləşən rəsədxana Günəşin super aydın şəkillərini çəkmək və günəş ləkələri, partlayışlar və tac kütləsinin atılması da daxil olmaqla, kosmik havaya təsir edən Günəşin bütün fəaliyyətini ölçmək üçün tikilib.

Bu hadisələr bütün dünyada elektrik şəbəkələrini və telekommunikasiya sistemlərini pozaraq problemlər yarada bilər. Məsələn, 1989-cu ilin martında baş verən günəş partlayışı Kadanada bütün Kvebek əyalətində 12 saatlıq elektrik kəsilməsi ilə nəticələnib.

Günəş ləkələrinə yaxından baxdıqda uzun, tünd və rəngli liflər görünür. Rəsədxananın məlumatına görə, şəkildə görünən günəş ləkələrinin əksəriyyəti Yer ölçüsündə, bəziləri isə daha böyükdür. Ləkələr Günəşin səthinin digər hissələrinə nisbətən daha soyuq olduğu üçün qaranlıq görünür və maqnit sahələri təmasda olduqda günəş alovlarına səbəb olur.

Bəzi şəkillərdə günəş ləkələrini kəsən "işıq körpüləri" görünür. Bu formasiyaların günəş ləkəsinin parçalanmasının başlanğıcı olduğu düşünülür. Elm adamları bu strukturların nə qədər dərin olduğunu hələ bilmirlər.

Şərhlər (0)

şərh əlavə et