Günay podiuma alt paltarsız çıxdı - FOTOLAR

Günay podiuma alt paltarsız çıxdı - FOTOLAR
Türkiyədə yaşayıb orada modellik karyerasını uğurla davam etdirən Günay Musayeva paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. 

KNN.AZ bizim media-ya istinadən xəbər verir ki,  podium ulduzu Tbilisidə keçiriən "Fashion Week Tbilisi" dəb gecəsinin bağlanış mərasimində iştirak edib. 

Günay podiuma ağ rəngdə "oversize" pencək və baldırlarına kimi uzanan dəri botlarda çıxıb. Diqqət çəkən məqam isə Musayevanın büstqalterdən istifadə etməməsi olub. 

Bundan başqa Günay obrazında nə şalvar, nə şort nə də ki ətəkdən istifadə edib. O, sadəcə dəri rəngində alt paltarı geyinib. Model pencəyin yaxa hissəsini açıq saxlayıb.  

Günay həmin fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Şərhlər (0)

şərh əlavə et