Hacıxanım müğənninin ORİENTAL RƏQSİ tənqid olundu - FOTOLAR

Hacıxanım müğənninin ORİENTAL RƏQSİ tənqid olundu - FOTOLAR
Geyim tərzi ilə gündəmdə qalan müğənni Mina Hüseyn sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

KNN.AZ xəbər verir ki, müğənni oriental ritmdə rəqs edərək video rolik paylaşıb.

Sözügedən görüntülər izləyiciləri tərəfindən tənqid atəşinə tuş gəlib. Belə ki, buna səbəb olaraq Minanın bir neçə ay öncə Məkkə ziyarətində olması olub. 

İzləyicilər müğınninin paylaşımına "Biri demir ki, sən Həcixanımsan", "Həccə gedib gələnə bu geyim, geyim deyil", "Əvvəlki Mina geri döndü" tipli şərhlər yazıblar.

Qeyd edək ki, ötən aylarda müğənni, verilişlərin birində artıq açıq geyinməyəcəyini bildirmişdi.

Şərhlər (0)

şərh əlavə et