Almaniyada canavar adam göründü - FOTO

Almaniyada canavar adam göründü - FOTO
Almaniyanın Harz dağlarında yerli əhalinin canavar adam adlandırdığı zahid (Dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətlə keçirən dindar adam) obyektivə düşüb.

KNN.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Qeyd olunub ki,, zahid 5 ildir Blankenburq yaxınlığındakı meşələrdə yaşayır. Yerli sakinlər isə burada ibtidai yaşayış məskənləri gördüklərini və od quyuları qazıldığını bildiriblər.

Qeyd edək ki, Halberştadt şəhərinin iki sakini yerli mağaraya baxmağa gedərkən təxminən 40 yaşında çılpaq bir kişi görüblər. Şahidlərdən birinin sözlərinə görə, zahid onu görüb və on dəqiqəyə qədər davamlı olaraq onu izləyib.

"Biz mağaralara çatanda qarşımızda canavar adam gördük. O, mağaralardan birinin üstündə dayandı, əlində nizəyə oxşar uzun bir çubuq var idi", - şahid bildirib.

Şərhlər (0)

şərh əlavə et