Xatirə həyat yoldaşından ayrılıb? - FOTO

Xatirə həyat yoldaşından ayrılıb? - FOTO
Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadədən boşanması ilə bağlı xəbərlərə münasibət bildirib.

Knn.az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında izləyicisinin ona ünvanladığı "Xatirə xanım, həyat yoldaşınızdan niyə ayrılmısınız?" sualına cavab verib.

Xatirə "Bunun sizə dəxli varsa, deyim. Nəyinizə lazımdır? Biz ayrılmamışıq. Belə bir şey olsa heç zaman gizlətmərəm. Amma sizin cümləniz mənasızdır. Göz önündə olan insan hər şeyini sizə danışmaq məcburiyyətində də deyil. Hamının şəxsi həyatı tək ona aiddir, sizə yox əzizim".
Qeyd edək ki, Xatirə ilə Fəxrəddinin Emil adında bir oğlu var.

Şərhlər (0)

şərh əlavə et