Polisin Gəncədə tutduğu qadınla bağlı ŞOK FAKT +FOTO

Polisin Gəncədə tutduğu qadınla bağlı ŞOK FAKT +FOTO
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Oxu24-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 6 min ABŞ dolları nağd pul və ümumi dəyəri 40 min manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini olan qadın saxlanılıb.

Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən şübhəli şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırmalar davam etdirilir.

Şərhlər (0)

şərh əlavə et