Heydər Əliyevin qucağındakı uşaq görün kim imiş - VİDEO

Heydər Əliyevin qucağındakı uşaq görün kim imiş - VİDEO
Tanınmış futbolçu Qara Qarayev Bakupost saytının "Çərçivə" verilişində maraqlı açıqlama verib.

O, Prezident İlham Əliyevlə Füzuli şəhərindəki görüşündən danışarkən qeyd edib ki, uşaq olarkən, mərhum Prezident Heydər Əliyevlə də görüşüb.

Futbolçunun sözlərinə görə, həmin vaxt Pakistan prezidenti ilə Heydər Əliyev məcburi köçkünlərlə görüşə gəlib. Azərbaycan prezidentinə gül vermək üçün uşaqlar arasından onu seçiblər. Qara Qarayevin bizə təqdim etdiyi videodan da göründüyü kimi, Heydər Əliyev yaxınlaşdığını görən kimi onu qucağına götürür və çıxışının sonun qədər yerə qoymur.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər (0)

şərh əlavə et