SON DƏQİQƏ: Bakıda güclü yanğın baş verdi, AVTOMOBİLLƏR yandı – FOTO

SON DƏQİQƏ: Bakıda güclü yanğın baş verdi, AVTOMOBİLLƏR yandı – FOTO
Bakının Suraxanı rayonunda avtoyuma məntəqəsində yanğın olub.

APA xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, yanğın nəticəsində üç avtomobil yanıb.
Yanğın zamanı “Mercedes Vito” tam, “Toyota Prius” və “Mercedes” markalı minik avtomobilləri isə qismən yanıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Şərhlər (0)

şərh əlavə et