Bakıda yüksək vəzifəli şəxsin xidməti maşını qəzaya uğradı - FOTO

Bakıda yüksək vəzifəli şəxsin xidməti maşını qəzaya uğradı - FOTO
Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsinin xidməti maşını qəzaya uğrayıb.

Knn.az-ın əldə etdiyi məlumata görə, Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinə məxsus "Nissan Altima” markalı "10 AO 025” seriyalı xidməti maşını "Toyota Corolla” markalı avtomobil ilə toqquşub.

Nəticədə "Nissan Altima” markalı avtomobilə ciddi zərər dəyib.

Əldə etdiyimiz məlumata görə, "10 AO 025” seriyalı xidməti avtomobil Ədliyyə Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımova məxsusdur. O hadisə zamanı maşında olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər (0)

şərh əlavə et