Azərbaycanda evdə partlayış olub - İki yaralı var - FOTO

Azərbaycanda evdə partlayış olub - İki yaralı var - FOTO
Ağdaşda evdə qaz balonu partlayıb, iki nəfər xəsarət alıb.

Knn.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində baş verib.

1977-ci il təvəllüdlü Həmidov Niyaməddin İkram oğluna məxsus fərdi yaşayış evində maye qaz balonu partlayıb. Nəticədə 1981-ci il təvəllüdlü Həmidova Elnarə Akif qızı və övladı, 2007-ci il təvəllüdlü Həmidova Elcan Niyaməddin qızı xəsarət alaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər (0)

şərh əlavə et