Elvin Basqallının ölüm xəbəri yayıldı - AÇIQLAMA (FOTO)

Elvin Basqallının ölüm xəbəri yayıldı - AÇIQLAMA (FOTO)
Məşhur aparıcı Elvin Tarverdiyev (Basqallı) ölüm xəbəri yayılıb. Məsələ ilə bağlı Manset.az-a açıqlama verən aparıcı yayılan məlumatdan sonra ona çoxsaylı zənglər gəldiyini bildirib:
""Tik-tok"-da ölüm xəbərimi yayıblar. Səhifəm də bağlı olduğu üçün çox adam xəbərə inanıb. Səhərdən dost-tanış zəng edir. Köhnə qonşum zəng edib soruşdu ki, ölmüsən? Dedim, yox. Kövrəlmişdi, ağlamağa başladı. Mən də qoşuldum ona, ağladım. Sonra dedim ki, qardaş ölməmişəm axı, niyə ağlayırıq ki?"

Şərhlər (0)

şərh əlavə et