Türk azarkeşlər Ermənistan millisinin paylaşımına Azərbaycanla bağlı şərhlərlə cavab verdi - FOTOLAR

Türk azarkeşlər Ermənistan millisinin paylaşımına Azərbaycanla bağlı şərhlərlə cavab verdi - FOTOLAR
AVRO-2024-ün seçmə mərhələsi üzrə D qrupunda Türkiyə və Ermənistan komandaları üz-üzə gələcəklər.

KNN.AZ xəbər verir ki, püşkdən sonra Ermənistan Futbol Federasiyasının tviter səhifəsi rəqiblərini salamlayıb. Bəzi türk azarkeşlər isə rəy bölməsində Azərbaycan və Türkiyə bayrağını paylaşıb, "Qarabağ Azərbaycandır", deyə şüarlar qeyd ediblər.

Xatırladaq ki, Avropa çempionatının seçmə mərhələsinə 2023-cü ilin martında start veriləcək. D qrupunda mübarizə aparan Türkiyə millisinin rəqibləri Xorvatiya, Uels, Ermənistan və Latviyadır.

Bəzi maraqlı şərhləri təqdim edirik:

Şərhlər (0)

şərh əlavə et