Ramosun həyat yoldaşından intim etiraflar - Uşaqları yatızdırıb... (FOTOLAR)

Ramosun həyat yoldaşından intim etiraflar - Uşaqları yatızdırıb...
PSJ-nin futbolçusu Serxio Ramosun həyat yoldaşı, ispan model və teleaparıcı Pilar Rubio sevgi həyatları ilə bağlı müsahibə verib.

KNN.AZ lent.az-a istinadla bildirir ki, aparıcı David Bronkononun "Son 30 gündə neçə dəfə cinsi əlaqədə olmusan?" sualına xanım belə cavab verib: "Hər gün! Madriddə olduğum vaxtlar istisna olmaqla, Parisdə oluramsa hər gün bunu edirik. Uşaqları axşam 21:30-da yatızdırırıq, sonra isə tək qalırıq. Seks həyatdır".

Pilar Rubio deyib ki, 4 uşaqlarının olması  cinsi həyatlarına qətiyyən təsir etməyib: "Ona görə də uşaqlardan əvvəl və sonrasını müqayisə edə bilmirəm".

Serxio Ramos və 4 övladı ilə 10 illik münasibətdən sonra 2 il əvvəl Sevilyadakı Katedralində evlənən Pilar Rubio deyib: "Sanki dünən görüşdük. Yubileyimizdə bu haqda danışdıq. Heç qocalmamağımız həqiqətən də gözəldir".

Şərhlər (0)

şərh əlavə et