Putinin səhhəti pisləşib? -Kreml paylaşdığı fotonu SİLDİ -FOTO

Putinin səhhəti pisləşib? -Kreml paylaşdığı fotonu SİLDİ -FOTO
Rusiya Prezidenti Vladimir Putinin səhhətinin pis olması ilə bağlı məlumatlar onun fotoları silindikdən sonra artıb. 

KNN.AZ xəbər verir ki, bu barədə "Yeniçağ" qəzeti yazıb. Bildirilir ki, Rusiya lideri Putinin fotosu Kremlin rəsmi "Twitter" hesabı tərəfindən paylaşılıb. Kadrlarda Putin əli ilə əsgərin çiynindən tutan zaman görüntülənib. Bu zaman onun əlindəki izlər diqqət çəkib. "DailyStar"-ın xəbərinə görə, “Kyiv Post” qəzetinin müxbiri Ceyson Cey Smart Putinin əlindəki izləri “Putinin damarlarındakı problemi kimi" şərh edib. 

Kremlin paylaşdığı şəklin silinməsindən sonra Ceyson Cey şərhini Putinin səhhətinin pisləşdiyi iddiası ilə əvəzləyib. Keçmiş Ukrayna müxbiri Tom Varner hesab edir ki, Putinin əlindəki qəribəliyə, şişməsinə səbəb onun uzun müddət steroiddən istifadə etməsi ola bilər. 

Qeyd edək ki, steroidlər – yüksək bioloji aktivliyə malik olan maddələrdir. Bu maddələr əzələ toxumasının yaranmasını və böyüməsini sürətləndirən anabolik steroidlər qrupuna aid edilir. Tibbdə bundan uzun müddət sürən xəstəliklərdən, onkologiyadan sonra  bərpa tələb olunduğu hallarda istifadə edilir. İdmanda isə steroidlərin əsas rolu qeyri-mümkün sayılan yüksək nəticələrin əldə olunmasına yönəlir.

Şərhlər (0)

şərh əlavə et