SON DƏQİQƏ: Azərbaycanda səhiyyə naziri istefa verdi – FOTO
Admin 31-okt, 16:06 284 0 Foto / XəbərlərSON DƏQİQƏ: Azərbaycanda səhiyyə naziri istefa verdi – FOTO
KNN.AZ xəbər verir ki, bu haqda məlumatı ovqat.com saytı yayıb.Xəbərə görə, nazir ərizəsində işdən çıxmaq səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirib.
Amma sayt nazirin bu addımının əsas səbəbinin Naxçıvan MR-nın Səhiyyə Nazirliyində başlayan yoxlamalarla əlaqələndirib. Xəbərdə nazirin ərizəsinin qəbul olunmadığı qeyd edilir:
“Müfəttişlər Niyazi həkimə «xəstələnməyə» hələ tələsməməsini və yoxlamaların nəticəsini gözləməsini məsləhət görüblər. Əgər o, bu təftişdən “salamat” çıxa bilsə, istefa ərizəsini yazıb-yazmamağa özü qərar verə bilər”.
Sayt nazirlikdə qanunsuzluqlar aşkarlandığını, ən çox şübhə doğuran məqamın isə sağlamlıq sığortası ilə bağlı olduğunu iddia edir.