18-ci əsrdə yaşamış vampirin siması canlandırıldı - FOTO

18-ci əsrdə yaşamış vampirin siması canlandırıldı - FOTO
Alimlər 200 ildən çox əvvələ aid DNT nümunələrindən istifadə edərək, vampir olduğuna inanılan bir insanın sağ ikən necə göründüyünü ortaya çıxarıblar.

JB55 adlı adamın qalıqları 1990-cı illərdə ABŞ-ın Konnektikut ştatının Qrisvold bölgəsində aparılan qazıntı zamanı tapılıb.

Məhkəmə ekspertləri 2019-cu ildə JB55-in sümüklərindən DNT nümunələri əldə ediblər. Beləliklə, kişinin həyatı ilə bağlı ipuçları rast gəlinib.

Tapıntılara görə, JB55 əslində 18-ci əsrdə vərəmdən ölən Con Barber adlı yoxsul fermer idi.

ABŞ Silahlı Qüvvələrinin DNT İdentifikasiyası Laboratoriyası və Virciniyada yerləşən Parabon NanoLabs alimləri tapıntıları təhlil edərək JB55-in necə göründüyünü təhlil ediblər.

JB55-in açıq dəri, fındıq və ya qəhvəyi gözlərə sahib olduğu aşkar edildi. Saç rənginin qara və ya qəhvəyi olduğu düşünülən kişinin üzünün üç ölçülü modeli kompüterdə süni intellekt tərəfindən yaradılıb.

Livescience xəbər verir ki, dəfn zamanı bud sümüklərinin kəsişməsi yerli əhalinin adamın vampir olduğuna inandığını göstərir.

Şərhlər (0)

şərh əlavə et