Barmaq izi formasında ada: GÖRƏNLƏR TƏƏCCÜBLƏNİR – VİDEO+FOTOLAR

Barmaq izi formasında ada: GÖRƏNLƏR TƏƏCCÜBLƏNİR – VİDEO+FOTOLAR
Sosial mediada paylaşılan “barmaq izi formalı bina” şəklinin memarın xərçəng xəstəsi olan atası üçün etdiyi tikintiyə aid olması iddiasının real olmadığını bildirilib.

Diqqət çəkən və sözügedən adada bir memarın sevdiyi qadının barmaq izini çəkdiyi söylənilir.

Paylaşılan görüntü realdır və Xorvatiyanın Adriatik dənizində yerləşən Bavljenac adasına məxsusdur. Halbuki adanı forma və barmaq izi şəklinə salan divarların memar sevgilisinin barmaq izi ilə heç bir əlaqəsi yoxdur.

Daş divarlar şəbəkəsi ilə örtülmüş Bavljenac (həmçinin Baljenac kimi tanınır), Xorvatiyanın Dalmatiya sahillərindən kənarda, Şibenik arxipelaqı arasında Adriatik dənizində kiçik bir adadır.

Yaşayış olmayan Bavljenar adası 0,14 kvadrat kilometr əraziyə və 1431 perimetrə malikdir, lakin 23 kilometr daş divarlarla əhatə olunub.

Adanın daş divarlar şəbəkəsi ilə müxtəlif hissələrə ayrılması onun quş baxışından barmaq izi kimi görünməsinə səbəb olur.

İddia edilənin əksinə olaraq,  Bavljenac adasının memarı Helena İsixi, nə də adadakı divarlar aşiq qadının barmaq izləri şəklindədir.

Bildirilir ki, daş divarlar qonşu Kapriye adasının sakinləri tərəfindən tikilib, onlar Bavljenac adasından kənd təsərrüfatı sahəsi kimi istifadə ediblər - qayalıq ərazini təmizləyiblər. Bildirilir ki, labirintvari divarlar əkinçilik sahələrinin sərhədlərini müəyyən etməklə yanaşı, əkin sahələrini güclü küləklərdən qoruyur və becərməyə imkan verir.

Əsrlər əvvələ aid olan daş divarların tikintisinin Helena İsixi adlı memar tərəfindən həyata keçirildiyi iddiasının mövcudluğuna türkcədən başqa heç bir virtual mənbədə rast gəlmək mümkün deyil.

Maraqlı ada: Ada parmaq izi formasındadır

Şərhlər (0)

şərh əlavə et