TƏBİB sədrindən açıqlama: Karantin rejimi uzadılır?

TƏBİB sədrindən açıqlama: Karantin rejimi uzadılır?
"Karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər planını hazırlayırıq”.

KNN.AZ APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı bildirib ki, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir: "Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Bu ikinci dalğa yoluxmaya səbəb ola bilər”.

Şərhlər (0)

şərh əlavə et