Azərbaycanda oteldə meyiti tapılan 20 yaşlı qız görün kim imiş

Azərbaycanda oteldə meyiti tapılan 20 yaşlı qız görün kim imiş
Tovuzda hoteldə 20 yaşlı qız ölüb.

KNN.AZ  xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazisində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gedib:

“İlkin araşdırmalar nəticəsində ölən şəxsin 2003-cü il təvəllüdlü X.Tağıyeva  olduğu müəyyən olunub. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Digər mənbədən isə bildirilib ki, xanım hamamda çimərkən ölüb. İlkin ehtimallara görə, o, dəm qazından boğulub. 

Şərhlər (0)

şərh əlavə et