Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, sabahdan...- RƏSMİ

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, sabahdan...- RƏSMİ
Azərbaycanda iyulun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 24-28°, gündüz 35-39° isti, Bakıda gecə 25-27°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 20-21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28°, gündüz 35-40°, bəzi yerlərdə isə 42-44° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı ehtimal edilir.

Şərhlər (0)

şərh əlavə et