NYU YORK ÇÖKÜR… GÖYDƏLƏNLƏR ŞƏHƏRİ MƏHV EDƏCƏK…

NYU YORK ÇÖKÜR… GÖYDƏLƏNLƏR ŞƏHƏRİ MƏHV EDƏCƏK…
ABŞ-da aparılan bir araşdırmada Nyu Yorkda yerləşən göydələnlərin ağırlığı səbəbindən şəhərin hər il 1-2 millimetr çökdüyü məlum olub.

KNN.AZ xarici mediaya istinadən xəbər verir ki, “Advancing Earth and Space Science” adlı qrupun jurnalında dərc edilən araşdırmada, xüsusilə Manhetten bölgəsindəki göydələnlərin şəhərin geoloji quruluşuna təsir etdiyi anlaşılıb.

Araşdırma nəticəsində məlum olub ki, 8 milyondan çox insanın yaşadığı Nyu York şəhərinin bəzi hissələri göydələnlərin kütləsi səbəbindən hər il 1-2 millimetr dəniz səviyyəsində çökür. Sözügedən çöküşün kiçik miqyasda olmasına baxmayaraq, şəhərin böyük təbii fəlakətlərlə üz-üzə olduğu deyilir. Xüsusilə Bruklin və Kvinsdəki bəzi bölgələrin daşqın üçün ən çox risk altında olan yerlər olduğu bildirilib.

Şərhlər (0)

şərh əlavə et