Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

KNN.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı.

Şərhlər (0)

şərh əlavə et