Dərslər bu tarixdən başlayacaq - Nazirlikdən RƏSMİ AÇIQLAMA

Dərslər bu tarixdən başlayacaq - Nazirlikdən RƏSMİ AÇIQLAMA
Dərslərin sentyabrın 1-də başlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

KNN.AZ xəbər verir ki, Elm və Təhsil Nazirliyindən yayılan məlumatların həqiqətə uyğun olmadığı bildirilib.

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib" - deyə məlumatda qeyd olunub.

Şərhlər (0)

şərh əlavə et