Asta sür maşını, amandır, sürücü... - Qəza keçirən məşhurlar

Asta sür maşını, amandır, sürücü... - Qəza keçirən məşhurlar
Xəbər verdiyimiz kimi, ötən gecə video-bloger Nicat Şakirli ağır yol qəzası tərədib.

KNN.AZ-ın məlumatına görə, belə ki, onun idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, blogerlə yanaşı daha bir nəfər isə xəsarət alıblar. Dərhal xəstəxanaya çatdırılan N.Şakirlinin sağ yuxarı ətrafın dirsəkdən amputasiyası edilib. 

Məşhurların yol hərəkət qaydalarını pozmaları, ağır qəzalar törətmələri, hətta bəzilərinin həyatını itirməsinə dair coxlu faktlar var.

Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Hadisə "İpək yolu" adlanan yerdə baş verib. Qəza nəticəsində mğənninin anası da onunla birlikdə həlak olub.

Reper Hüseyn Dərya 2014-cü il martın 14-də gecə saatlarında avtomobil qəzası keçirib. Martın 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. 

Meyxanaçı Bayram Kürdəxanılı da yol qəzasında dünyasını dəyişib. Belə ki, 22 avqust 2017-ci il gecə saatlarında avtomobil yol keçmək istəyən meyxanaçını vurub və Bayram Kürdəxanlı ölüb.

Müğənni Türkan Vəlizadə və həmkarı Zeynəb Həsəni 2018-ci il iyunun 1-dən 2-nə keçən gecə qəza keçirib. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində Z.Həsəninin çanağı, T.Vəlizadənin isə ayağı xəsarət alıb.

Müğənni Rəqsanə İsmayılova 2011-ci ildə yol nəqliyyat hadisəsi törədib. Qəza Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində baş verib. Belə ki, onun odarə rtdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Rəqsanə ilə yanaşı maşında olan iki nəfər xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb. 

Məşhur prodüsser, "SOY production"ın rəhbəri Oqtay Əliyev və onun xanımı, aktrisa Dilarə Əliyeva bu ilin martında dəhşətli qəzaya düşüb. Saray yolunda O.Əliyevin idarə etdiyi “Toyota Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində O.Əliyev dünyasını dəyişib. Həmçinin avtomobildə olan Xalq artisti Mehriban Zəki və Dilarə Əliyeva isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Müğənni Nəfəs də bu ilin martında qəza keçirən məşhurlar sırasındadır. Baş verən qəza ilə bağlı Nəfəs özü məlumat verib. Hadisənin tələskənlikdən olduğunu deyən müğənni "bufer"in əzildiyini bildirib.

Bu ilin mayında müğənni Mənzurə Musayeva da avtomobil qəzası keçirdib. "Elə bil şeytan maşını fırlatdı. Qəza qəfildən baş verdi. Maşın əzildi",- deyə müğənni qonaq olduğu verilişlərin birində bildirib.

Hiss ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova ötən ilin sentyabrında “Mokko” markalı nəqliyyat vasitəsi ilə qəza törədib. Belə ki, dönmə işığını yandırmayan sənətçi qəza şəraiti yaradaraq yolda üç avtomobilin toqquşmasına səbəb olub. 

Xalq artisti Aygün Kazımova 2016-cı ildə tədbirlərdən birinə gedərkən yolda avtomobili ilə yolun kənarındakı çuxura düşərək qəza keçirib. Müğənni xəsarət almadan təhlükədən sovuşsa da, avtomobilində kiçik cızıqlar yaranıb.

Müğənni Nadir Qafarzadə də ağır avtomobil qəzası keçirən məşhurlar sırasındadır. Belə ki, paytaxtdakı avtobuslardan biri onun avtomobilinə çırpılıb. Yazılan cəriməni isə sənətçi özü ödədiyini bildirib.

Müğənni Nigar Camal 2021-ci ildə avtomobil qəzası keçirib. Belə ki, müğənni idarə etdiyi avtomobillə "28 May" metrosu yaxınlığında "Toyota Prius" markalı avtomobili vuraraq hadisə yerindən qaçmışdı. 

Şərhlər (0)

şərh əlavə et