Azərbaycan əhalisinə ŞAD XƏBƏR - Hər kəs sosial yardım ALA BİLƏCƏK

Azərbaycan əhalisinə ŞAD XƏBƏR - Hər kəs sosial yardım ALA BİLƏCƏK
Oktyabrın 26-da Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bu Qaydaların məqsədləri üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək.

Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin ediləcək.

Məsələ ilə bağlı danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Referans.az-a bildirib ki, yeni dəyişiklik ünvanlı sosial proqrama müraciət imkanlarını asanlaşdıracaq:

“Bu əslində qanunvericiliyə edilən dəyişikliklərin tələbidir. Buna uyğun olaraq da Nazirlər Kabineti tərəfindən məhz qaydalarda dəyişikliklər edildi. Belə ki, vətəndaş ünvanlı sosial yardım proqramına müraciət edən zaman, əgər tələb olunan sənəd elektron formada varsa, dövlət qurumu ondan həmin sənədi tələb edə bilməz. Bu, o deməkdir ki, vətəndaş artıq bir sıra sənədlərin kağız formasında skan olunaraq sistemə daxil etməyəcək”.

Deputat qeyd edib ki, bundan sonra həmin yardımın verilməsinə məsul olan qurum, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inteqrasiya olunmuş sistemdən həmin sənədi götürəcək. Onun sözlərinə görə, bu daha qısa müddətdə ünvanlı sosial yardıma müraciət edə bilsinlər: “Eyni zamanda bu imkan verəcək ki, onlar çoxlu sənəd olmadan öz müraciətlərini həyata keçirə bilsinlər. Bundan əlavə təbii ki, bunun özəlliyi bundan ibarətdir ki, vətəndaş daha qısa müddətdə müraciət edirsə, onun cavabına da daha tez baxılıb qərar veriləcək. Nəticə etibarilə bu da onun daha tez ünvanlı sosial yardım almasına imkan yaradacaq”.

Ona görə də, bu ünvanlı sosial yardımı əlçatanlığının artmasına ciddi şəkildə xidmət edəcək və onu daha da asanlaşdıracaq – deyə Vüqar Bayramov əlavə edib.

Şərhlər (0)

şərh əlavə et