Nazirlik zəlzələ ilə bağlı MƏLUMAT YAYDI: “Zəlzələ nəticəsində...“

Nazirlik zəlzələ ilə bağlı MƏLUMAT YAYDI: “Zəlzələ nəticəsində...“
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. 

Bu barədə Sfera-ya FHN-dən bildirilib.

Zəlzələ Mingəçevir , Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Şərhlər (0)

şərh əlavə et