Prezidentdən Mələkxanım Əyyubova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mələkxanım Əyyubova ilə bağlı SƏRƏNCAM

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
Sfera.az xəbər verir ki, sərəncama əsasən, Xalq artisti Mələkxanım Əyyubova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
 
Mələkxanım Eyubova 5 noyabr 1962-ci ildə Şamaxıda anadan olub. 1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı ota məktəbdə təhsil alıb.
Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirib. Ə. Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olub. 1979-cu ildən 1984-cü ilə kimi M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil alıb. 1980-ci ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S. Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb.
 
Dünyanın bir çox ölkələrində — ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. konsert proqramları ilə çıxış edib.
 
1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olub.

10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə professor vəzifəsində çalışır. Azərbaycanın əməkdar (1998) və Xalq artisti(2002) adına layiq görülüb.
 
Almaniya, Fransa və Türkiyədə muğam albomları buraxılıb.
 
Heydər Əliyev Fondunun mükafatçısıdır. 2016-cı ildə "Cəfər Cabbarlı" mükafatına, 1 may 2017-ci ildə isə Prezident mükafatına layiq görülüb.

Şərhlər (0)

şərh əlavə et