Azərbaycanda məktəb direktorları bu qədər maaş alır - Nazir açıqladı

Azərbaycanda məktəb direktorları bu qədər maaş alır - Nazir açıqladı
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir.

Knn.az xəbər verir ki, qurultayda çıxış edən Elm və Təhsil Naziri Emin Əmrullayev direktor və direktor müavinlərinin aylıq maaşına edilən əlavələrdən danışıb.

Nazir təhsilalanların sayı 500-700 şagird olan məktəblərdə direktorların vəzifə maaşına aylıq 600 manat, direktor müavininin aylıq vəzifə maaşına isə 200 manat əlavənin olduğunu deyib.

Təhsilalanların sayı 2500-dən çox olan məktəblərdə direktorların vəzifə maaşına əlavə olaraq 1500 manat, direktor müavininin aylıq vəzifə maaşına isə 500 manat əlavə olunub.

Əlavələrdən sonra ölkə üzrə 869 məktəb direktorunun orta aylıq vəzifə maaşı 2050 manat, direktor müavinlərinin isə orta aylıq vəzifə maaşı 1350 manat olub.

Siyahını təqdim edirik:
 

Şərhlər (0)

şərh əlavə et