Pensiyalar, sosial müavinətlər və veteran pulları bu tarİxdə ödəniləcək – RƏSMİ AÇIQLAMA

Pensiyalar, sosial müavinətlər və veteran pulları bu tarİxdə ödəniləcək – RƏSMİ AÇIQLAMA
Pensiyalar, sosial müavinətlər, təqaüdlər və veteran pulları ilin sonuna 5 gün qalmasına baxmayaraq hələ də ödənilməyib.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Manset-a açıqlamasında bildirib ki, sosial ödənişlər qrafikə uyğun şəkildə ay bitmədən həyata keçiriləcək:
“Ümumiyyətlə, sosial ödənişlərin həyata keçirilməsi qrafikə uyğun şəkildə həyata keçirilir. Qrafikə uyğun olaraq bu ayın sonuna qədər, yəni qarşıda olan 5 gün ərzində sosial ödənişlər - ünvanlı sosial yardım, müavinətlər, təqaüd və kompensasiyaların ödənişi həyata keçiriləcək”.

Şərhlər (0)

şərh əlavə et