SON DƏQİQƏ! Azərbaycanda güclü PARTLAYIŞ - Yaralılar var

SON DƏQİQƏ! Azərbaycanda güclü PARTLAYIŞ - Yaralılar var
Mingəçevir şəhər Günəşli massivində yerləşən evlərin birində güclü partlayış baş verib.


Unikal-ın məlumatına görə, partlayış nəticəsində ev tamamilə yararsız hala düşüb. Həmçinin partlayışın təsirindən ona bitişik binaya da zərər dəyib.

Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər - 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc Qənbərova, eyni zamanda qonşu binada yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər (0)

şərh əlavə et