Bu iş rejimi ölüm riskini artırır - Hər 30 dəqiqədən bir...

Bu iş rejimi ölüm riskini artırır - Hər 30 dəqiqədən bir...
Yeni bir araşdırmaya görə, bütün günü oturaq işləyən insanların ölüm riski daha yüksəkdir.

Knn.az xəbər verir ki, oturaq iş fiziki işlərə nisbətən vaxtından əvvəl ölüm riskini 16 faiz artırır. Bu barədə Tayvan alimləri araşdırma aparıb.

Araşdırmaya görə, oturaq işləyən insanlarda ürək-damar xəstəlikləri yarana bilir. Məhz bu baxımdan, tədqiqatçılar hər 30 dəqiqədən bir oturmağa fasilə verməyi, telefonla danışarkən ayağa qalxmağı, iş yoldaşları ilə qısa gəzintilər etməyi tövsiyə edir.

Şərhlər (0)

şərh əlavə et