Azərbaycanda məktəbdə dəhşət - meyit tapıldı

Azərbaycanda məktəbdə dəhşət - meyit tapıldı
Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.
Knn.Az report-a istinadən xəbər verir ki, hadisə Siyəzən Peşə Məktəbində baş verib.
Belə ki, məktəbin mühafizəçisi, 1965-ci il təvəllüdlü Qafarov Alim Mütəllim oğlunun meyiti iş yerində aşkarlanıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər (0)

şərh əlavə et