Sitarə Bayramova qəzada öldü

Sitarə Bayramova qəzada öldü
Bakıda avtomobilin vurduğu qadın ölüb.

Knn.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 22-də saat 06:45-də Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

Belə ki, Azadi Tağıyev idarə etdiyi "KİA Sportage" markalı avtomobillə yolu keçən yaşlı qadını vurub.

Ağır xəsarətlər alan piyada Bayramova Sitarə İmaməli qızı dünyasını dəyişib.

Faktla bağlı Sabunçu RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər (0)

şərh əlavə et