Azərbaycanda bu “ASAN xidmət” mərkəzi BAĞLANIR

Azərbaycanda bu “ASAN xidmət” mərkəzi BAĞLANIR
Bakı şəhərində yerləşən 3 saylı (Yasamal rayonu) “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq.
 
Bu barədə Sfera-ya “ASAN xidmət”dən məlumat verilib.

Vətəndaşlar qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlardan 2024-cü ilin 1 mart tarixindən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələri xahiş olunub.

Şərhlər (0)

şərh əlavə et