Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ - Nazir ƏMR İMZALADI

Bu rayonlara yeni polis rəisləri  TƏYİN EDİLDİ - Nazir ƏMR İMZALADI
Daxili işlər orqanlarında yeni təyinatlar olub. 

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib. 

Bundan başqa, Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib./Lent.az

Şərhlər (0)

şərh əlavə et