Sabahdan bu stansiyalar tez bağlanacaq - RƏSMİ

Sabahdan bu stansiyalar tez bağlanacaq - RƏSMİ
"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılır.

KNN.AZ bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar sabahdan başlayaraq oktyabrın 16-na qədər “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.

Şərhlər (0)

şərh əlavə et