Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

"KNN.AZ" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən, qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Şərhlər (0)

şərh əlavə et