SON DƏQİQƏ! Azərbaycandan İrana XƏBƏRDARLIQ – Güclü və adekvat cavab VERİLƏCƏK

SON DƏQİQƏ! Azərbaycandan İrana XƏBƏRDARLIQ – Güclü və adekvat cavab VERİLƏCƏK
Bölgədə əsas indikatorlardan biri Rusiyadır. Lakin bununla bərabər digər formatları da yaddan çıxarmaq olmaz. ABŞ-da keçirilən görüşlər və digər formatda baş tutan təmaslar Rusiyanın üzərində də müəyyən təzyiqlər yaradır. Amma düşünmək də olmaz ki, Rusiya bu münaqişənin birdəfəlik həllində maraqlı olsun. Əslində bu, hər iki tərəf üçün Rusiyanın təsir imkanlarının əlindən alınması demək olar.

KNN.AZ xəbər verir ki, bunu Teleqraf.com-a Azərbaycan-Ermənistan liderlərinin Soçidə gözlənilən görüşünü şərh edən politoloq Fərhad Mehdiyev deyib.

Mehdiyev hesab edir ki, Rusiya tərəflər arasında tezliklə sülhün əldə edilməsi ilə Cənubi Qafqaz regionu üzrə də təsir imkanlarını itirmiş ola bilər:

“Sözsüz ki, Azərbaycanla Ermənistan arasında Brüssel, Praqa formatlarında aparılan görüşlər Rusiyanı da məcbur edir ki, o da ortaya nəsə bir mövqe qoysun. Çünki Rusiyanın produktiv olmayan danışıqları uzun müddət davam etdirməsi də mümkün deyil. Çünki o da prosesdə nəsə bir irəliləyiş əldə etməlidir”.

Politoloqa görə, üçlü formatın (ABŞ, Avropa, Rusiya) olması əslində yaxşıdır: “Bu ona görə yaxşıdır ki, ən azından Rusiya kimi bir moderatorun üzərinə müəyyən təzyiqlər formalaşır. Bu da nəticədə Rusiyanı da nəyəsə etməyə məcbur edir. Çünki görüntü naminə danışıqların aparılması ilə iş bitmir. Bununla bərabər Ermənistanın üzərində müəyyən təzyiqlərin formalaşması da labüddur. Bu mütləq olmalıdır”.

Fərhad Mehdiyevin fikrincə, Ermənistan digər üçüncü tərəflərdən müəyyən dəstəklər almaqla sülh prosesinə tormozlayıcı təsir göstərir:

“Bununda başında sözsüz ki, İran gəlir. İran hazırda Ermənistan üçün Fransadan daha betər bir rolda çıxış edir. Bu ölkə Ermənistanın yersiz gözləntiləri üçün müəyyən zəminlər yaradır. Hazırda İranın regionda apardığı eskalasiya siyasəti əslində düzgün hesablanmış addımlar deyil. Prezident İlham Əliyevin vermiş olduğu son bəyanatlardan da açıq görünür ki, Azərbaycan İranın hədəsindən qorxmur. Hətta güclü, adekvat cavablar ala biləcəyi İrana indidən xatırladılır”.

Şərhlər (0)

şərh əlavə et