Nəhəng ilan qadını UDDU

Nəhəng ilan qadını UDDU
İndoneziyada Betara bölgəsində qadın yeddi metr uzunluğunda piton tərəfindən tamamilə udulub.
KNN.AZ mk.ru-ya istinadən xəbər verir ki, kauçuk plantasiyasında işləyən 54 yaşlı qadın ötən bazar günü itkin düşüb.
Axtarış əməliyyatı zamanı qarnı şişmiş yeddi metr uzunluğunda nəhəng piton aşkar edilib.
Piton öldürüb və yarılma nəticəsində itkin düşən qadının cəsədi tapılıb.
Bildirilir ki, son illərdə İndoneziyada pitonların insanlara hücumu bir neçə dəfə qeydə alınıb.
2018-ci ildə Sulavesi adasında piton bağda işləyən qadını tamamilə udub.

Şərhlər (0)

şərh əlavə et