Alimlərin aşkarladığı “planet qatili” yer üzünə çırpıla bilər

Alimlərin aşkarladığı “planet qatili” yer üzünə çırpıla bilər
Alimlər "planet qatili" adlandırdıqları "2022 AP7" adlı yeni asteroid kəşf etdiklərini açıqlayıblar. Potensial çox təhlükəli olaraq təyin olunan "planet qatili"nin Yer orbitindən keçmə ehtimalının olduğu bildirilib.

KNN.AZ xəbər verir ki, "guardian"ın verdiyi məlumata görə, astronomlar "planet qatili" adlandırdıqları ən böyük ölçülü asteroidi kəşf etdiklərini və nəhəng asteroidin Yerin orbitindən keçə biləcəyini açıqlayıblar.

Bildirilib ki, "2022 AP7" adı verilən asteroid Yerlə Venera arasında aşkar edilib.

Astronomiya jurnalının və Karnegi Elmlər İnstitutunun Yer və Planetlər Laboratoriyasının aparıcı müəlliflərindən biri olan astronom Scott Sheppard, indiyə qədər "planet qatilləri" olaraq xarakterizə edilən ölçüdə Yerə yaxın üç asteroid kəşf etdiklərini açıqladı.

Onun sözlərinə görə, diametri təxminən 1,1 km-dən 2,3 km-ə qədər olan asteroid 2014-cü ildən bəri kəşf edilən ən böyük asteroiddir. Alim qeyd edib ki, "planet qatili" yəqin ki, indiyə qədər tapılan ən böyük asteroidlərin beşliyində yer alır.

Bu yaxınlarda kəşf edilən "2022 AP7"nin nə vaxt Yer üçün ciddi təhlükə yaradacağı qeyri-müəyyəndir, Şeppard bildirib ki, aşkar edilmiş asteroidlər Yerə dəyməyəcək marşrutlarda olduqları etimal edilir.

Yerlə Venera arasında olduğu üçün aşkarlanması çətin olan “planet qatili”nin hərəkət istiqaməti nə "James Webb", nə də "Hubble" teleskopları tərəfindən aşkarlana bilməyib. Mütəxəssislər aşkarlanm "2022 AP7" asteroidinin labud təhlükə olaraq nəzrətdə saxlanması üçün müəyyən layihələr üzərində çalışdıqlarını bildiriblər.   /Bizimyol.info/

Şərhlər (0)

şərh əlavə et