DÜNYANI ŞOKA SALAN ÇİN MUMİYASININ VƏTƏNİ AZƏRBAYCANDIR!

DÜNYANI ŞOKA SALAN ÇİN MUMİYASININ VƏTƏNİ AZƏRBAYCANDIR!
1990-cı illərin ortalarında Çində arxeoloji qazıntılar aparan Çin-Norveç arxeoloqları bir məzarlıq aşkar edirlər.  Çinin mərkəz hissəsində Kərim səhrasında ağbəniz saçlı mumiya tapmışlar və mumiya duzlu ərazidə soyuq hava kütləsinin sayəsində öz görkəmini saxlamışdır. Maraqlı fakt idi ki, mumiya monqoloid tipli deyil idi. Çin arxeoloqları mumiyanı tədqiq edəndə təəcüblə onun çinli deyil, vikinq olması ehtimalını irəli sürüblər.
Bunun üçün də onlar Skandinav alimlərinə müraciət edirlər. Bu araşdırmada Azərbaycanın yaxın dostu olan məhşur Tur Heyerdal da iştirak edir. O, Çinə gəlir, mumiyanı   tədqiq edəndən sonra bu barədə ABŞ-da dərc edilən Azerbaijan İnternational jurnalında geniş yazı çap edir. Yazıdan bir parçanı diqqətinizə çatdırıram " Bu məndə heç bir ciddi fikir yaratmadı. Axı vikinqlər uzaq Çinə necə gəlib çıxa bilərdilər. Ancaq çinlilərin e.ə. 1,800-1,500 il tarixə mumiyanın malik olmasın bildirəndə məlum oldu ki, bu vikinq deyilmiş.Tarixi rəqəmlər isə Qafqazı yenə diqqət mərkəzinə çıxarır. 

Bu isə tarixin sonu deyil. Bu mumiyaların geyiminin parça tipi Amerika və Çin ekspertləri tərəfindən İrland keltləri ilə oxşar olduğun bildirirlər. Lakin bu da heç bir məntiqə uyğun gəlimirdi. Biz irlandiyaya müraciət etdik və bizə yazılı cavab verirlər ki, bu mumiya İrland deyil, Qafqazın əsasən Azərbaycanın qədim insanlarının geyimi ola bilər.  Əlimizdə olan sənədlər faktlar bunun bariz nümunəsidir" 
Düzü bu fantastik görünə bilər, amma bunun Kontuki adam kimi tanınan Tur Heyerdalın deməsi inandırıcı görünür. Çində tapılan mumiyanın DNK kodu araşdırılır və ortaya belə nəticə çıxır " DNK-da aşkarlanan R1b1a2 haploqrupu daha çox müasir Avropa tipli insanlarda, daha dolğun Qafqaz insanlarında aşkarlanır".

Məlumdur ki,  İnsan DNK-sında 46 xromosom vardır ki, burada  Y xromosomundakı haploqrup minilliklər boyu nəsildən nəsilə ötürülərək dəyişməz qalır. Yəni, eramızdan min illər qabaq ulu baban hansı haploqrupu daşımışsa, sən də həmin haploqrupun daşıyıcısan. Başqa cür ola bilməz. 
Azərbaycanlılar arasında Y-xromosom haploqruplarından ən çox yayılmış haploqruplar J (J1, J2), G (G2) və R (R1) olur. Y-xromosom haploqruplarının N, T, E, H, I, L, O, Q və C olması azərbaycanlılar arasında da göstərilmişdir. R haploqrupunun Avropa yarımkladları azərbaycanlıların  qədim əhali ilə bağlılığından xəbər verir.  Azərbaycanlılarda mitoxondrial haploqruplardan H və U haploqruplarına daha çox rast gəlinir.Azərbaycanlıların ana nəsillərinin əksəriyyəti (82%) Avropa haploqruplarına (H, I, J, K, T, U, V, W, X) bağlıdır.
Qısa olaraq izah edim ki, Çində tapılan  mumiyada aşkarlanan haploqrup R qrupuna, yəni Azərbaycanlıların genetik kodu ilə eyni çıxıb.

Dosent Zaur Əliyev

Şərhlər (0)

şərh əlavə et