Yeni ildə neçə gün iş olmayacaq? – AÇIQLAMA

Yeni ildə neçə gün iş olmayacaq? – AÇIQLAMA
Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar isə bayramla əlaqədar olaraq qeyri-iş günüdür.

KNN.AZ xəbər verir ki, bununla bağlı açıqlama verən ekspert Ağamusa Səfiyev Yeni il bayramı ilə əlaqədar Əmək Məcəlləsinə əsasən qeyri-iş günlərini sadalayıb:

“31 dekabr -1 yanvar şənbə və bazara təsadüf edir. Yanvarın 2-si isə zatən bayram günü kimi qeyd edilir. Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq. Yəni 31 dekabr və 1 yanvar avtomotik olaraq yanvarın 3 və 4-nə keçirilir. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin hələki Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri barədə açıqlaması yoxdur.

Xatırladaq ki, artıq ilin sonuna qədər hər hansı bayram günü də olmayacaq. Bizi qarşıda, istirahət günləri xaric, 40 gündən çox gərgin əmək gözləyir. Di, hadi iş başına!

Bayrama qədər! (Bizim.Media)

Şərhlər (0)

şərh əlavə et