Kafe və restoranlar nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA

Kafe və restoranlar nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA
Kafe və restoranların fəaliyyəti karantin qaydalarının yumşaldılmasının ikinci mərhələsində bərpa oluna bilər.
KNN.AZ bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın toplantısında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, iaşə obyektləri fəaliyyətini bərpa etdikdən sonra sanitar qaydalara ciddi əməl etməlidir.
Əməkdaşlar maska və əlcəklərdən mütləq şəkildə istifadə etməli, masalar arası məsafələr nəzərə alınmalıdır.

Şərhlər (0)

şərh əlavə et