Rəşadın ailəsinə kömək adıyla dələduzluq!

Rəşadın ailəsinə kömək adıyla dələduzluq!
Bir neçə gün öncə həbs edilən Rəşad Dağlının ailəsinə qarşı dələduzluq edilib.
OLAY yazır ki, meyxanaçının oğlu Yusifin adı ilə TikTok hesabı açan naməlum şəxslər insanlardan kömək üçün pul yığıb.
Bu barədə Dağlının instaqram hesabında məlumat paylaşılıb.
Sözügedən yardımla heç bir əlaqəsinin olmadığını bildirən ailəsi insanları bu cür saxtakarlara aldanmamağa çağırıb.

Şərhlər (0)

şərh əlavə et