Vanqanın dəhşətli proqnozu üzə çıxdı: 2023-cü ildə..

Vanqanın dəhşətli proqnozu üzə çıxdı: 2023-cü ildə..
Dünyaca məşhur ekstrasens Vanqa 1996-cı ildə vəfat etməsinə baxmayaraq, öncəgörmələri ilə bu gün də daim gündəmdədir.

“Balkanların Nostradamusu” kimi tanınan və Bolqarıstanın ən önəmli simalarından biri olan Vanqanın 2022-ci il üçün verdiyi 6 proqnozundan bəziləri reallaşıb.

Ekspertlər və falçılar  Vanqanın 2023-cü il üçün proqnozlarını diqqətlə araşdırmağa başlayıblar.

KNN.AZ Vanqanın 2023-cü il üçün olan 5 proqnozunu təqdim edir:

Böyük ölkələr bioloji silahlarla hücum edəcək

Vanqanın əvvəlki açıqlamalarını və proqnozlarını şərh edən ekspertlər 2023-cü ildə bioloji silahlardan istifadənin mümkünlüyünə diqqət çəkiblər. Dünya mətbuatında gedən xəbərlərdə  böyük dövlətlərin kiçik ölkələrə bioloji silahla hücum edə biləcəyi iddia edilib.

Günəşdə sunami

Ekspertlər kor ekstrasens Vanqanın öncəgörmələrinə münasibət bildirərək qeyd ediblər ki, 2023-cü ildə günəşdə baş verəcək partlayışların və günəş sunamisinin təsirləri yer kürəsində də hiss oluna bilər. Yerin maqnit tarazlığının pozula biləcəyini iddia edən mütəxəssislər bu partlayışlar və fırtınalar səbəbiylə elektrik enerjisinin kəsilməsinə görə rabitədə müəyyən problemlər yarana biləcəyini də iddia ediblər.

Dünyanın orbiti dəyişəcək

Vanqanın 2023-cü il üçün proqnozlarını dəyərləndirənlər bu ildə Yerin orbitinin dəyişə biləcəyini və buna görə də çox böyük iqlim dəyişikliklərinin baş verə biləcəyini irəli sürüblər. Bir tərəfdən yerin günəşə yaxınlaşması ilə həddindən artıq istilərin və artan radiasiyanın insan həyatına mənfi təsir göstərə biləcəyi deyilib, digər tərəfdən isə  yerin günəşdən uzaqlaşacağı təqdirdə  buz dövrünə qayıda biləcəyimiz, yerin saatlarla qaranlıqda qalacağı iddia olunub.

Asiyada nüvə partlayışı

Vanqanın proqnozları arasında yer alan başqa bir iddia Asiya qitəsində nüvə partlayışıdır. Vanqanın açıqlamalarını araşdıran ekspertlər Asiya qitəsində zəhərli bulud təbəqələrinin əmələ gələ biləcəyi və bir çox ölkənin bunun təsiri altına düşə biləcəyi biləcəyi barədə açıqlamalar veriblər.

Laboratoriyalarda insan yaradılacaq

Vanqanın keçmiş açıqlamalarına münasibət bildirənlər 2023-cü ildə insanların laboratoriyalarda artacağını iddia edirdilər. Vanqanın iddiasına görə, gələcəkdə təbii doğuş qadağan olunacaq və bütün insanlar laboratoriyalarda çoxaldılacaq. 

Şərhlər (0)

şərh əlavə et