Xarici pasport almaq neçəyədir sualına CAVAB

Xarici pasport almaq neçəyədir sualına CAVAB
Bu dəfə təqdim etdiyimiz mövzu ümumvətəndaş pasportunun,yəni xarici pasportun alınması üçün tələb olunan Dövlət rüsumu ilə bağlıdır.

Bildirirk ki,xarici pasportun alınması üçün tələb olunan Dövlət rüsumu günlərin sayından asılı olaraq dəyişir.

Dövlət rüsumunun məbləği
 

on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün - 15 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.

beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün - 25 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 55 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 75 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 120 manat.

bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün - 55 manat;

Ətraflı

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 155 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 210 manat.

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

on iş günü müddətində verildikdə

- bir yaşınadək uşaqlar üçün - 25 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.

beş iş günü müddətində verildikdə

- bir yaşınadək uşaqlar üçün - 40 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 70 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 100 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 135 manat.

bir iş günü müddətində verildikdə

- bir yaşınadək uşaqlar üçün - 65 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 125 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 165 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 220 manat.

(oxu24.com)

Şərhlər (0)

şərh əlavə et