"10 yaşlı oğlan sinəmə toxundu" - Məktəb psixoloqundan şikayət

"10 yaşlı oğlan sinəmə toxundu" - Məktəb psixoloqundan şikayət
ABŞ-da Florida məktəbində məsləhətçi psixoloq 10 yaşlı uşağı təcavüzdə ittiham edib.

Hadisə oktyabrın 24-də baş verib. Holli Hill şəhərindəki "Holly Hill" məktəbinin əməkdaşı iddia edib ki, o, müəllimlə nəyisə müzakirə etmək üçün sinif otağına daxil olub və dördüncü sinif şagirdlərindən biri onunla salamlaşmağa gəlib. Məktəb psixoloqunun sözlərinə görə, oğlan bir qolunu onun boynuna qoyub, digərini isə "uzadıb və sinəsinə toxunub".

Psixoloq şagirdin əlini sinəsindən aşağı salıb, bundan sonra o, ondan uzaqlaşıb. Qadın hadisə barədə rəhbərliyə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə çağırılıb və uşaq dərsdən uzaqlaşdırılıb. Hazırda o, zorakılıq ittihamı ilə üz-üzədir.

Şagird günahını rədd edib, ailənin vəkilləri isə məktəb rəhbərliyinin düzgün araşdırma aparmadan uşağa sanksiya tətbiq etdiyini bildiriblər. "Mənim nəvəmi heç bir fakt olmadan nədəsə ittiham etdilər və cəzalandırdılar. Biz buna dözməyəcəyik", - deyə şagirdin babası NBC News-a müsahibəsində bildirib.

Noyabrın 8-də oğlana dərslərə qayıtmağa icazə verilib. Təhsil müəssisəsinin rəhbərliyi hadisə ilə bağlı hər hansı açıqlama verməkdən imtina edib. Məhkəmənin gedişi ilə bağlı başqa təfərrüatlar hələlik yoxdur.

Şərhlər (0)

şərh əlavə et